[:az]Noyabrın 7-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müzakirə olundu. Müzakirədə Təhsil Nazirliyinin rəhbər işçiləri və rektorlar iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Hamlet İsaxanlı yeni təhsil strategiyasının əsas məsələləri və istiqamətləri, Xəzər Universitetində görülən uğurlu işlər və layihələr barədə çıxış etdi. O, yeni təhsil strategiyasının təhsil qanunundan daha mütərəqqi və dinamik olduğunu da vurğuladı.

[:en]On November 7th, “National Strategy for the development of education in the Azerbaijan Republic” was discussed at the Ministry of Education. Senior officials of the Ministry of Education and presidents of universities took part in the discussion.
Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, made a presentation on the main issues and trends in education strategy as well as successful work and projects done at Khazar University. He stressed that the new education strategy is more progressive and dynamic than education legislation.
[:]