[:az]Oktyabr ayının 31-də Xəzər Universitetinin Hazırlıq Mərkəzi (XUHM) və Böyük Britaniyanın Təhsil Bürosunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə London Kinqs Kollecinin (Kings College of London) Beynəlxalq əlaqələr üzrə koordinatoru Numi Veynbergin universitetin tələbələri ilə görüşü keçirilmişdir. Tədbirdən əvvəl universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı N. Veynbergi qəbul etmişdir.
Universitetin Mərmər salonunda keçən görüşü XUHM-in direktoru Emin Rüstəmov açmışdır. O, N. Veynbergi tələbələrə təqdim etmiş, Xəzər Universiteti, burada tələbələr üçün yaradılan şərait barədə qonağa ətraflı məlumat vermişdir.
N. Veynberg İngiltərə təhsil sistemi, təmsil etdiyi kollec haqqında məlumat vermiş, Bakı və Xəzər Universiteti ilə əlaqədar təəssüratlarından danışmışdır. Sonda tələbələri maraqlandıran məsələlər izah olunmuşdur.

[:]