[:az]Oktyabrın 31-də Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Pakistandan Azərbaycana gələn Sülh və Diplomatiya İnstitutunun (Institute of Peace and Diplomacy) direktoru Muhammad Asif Noor, Dövlət Müasir Dillər Universitetinin (National University of Modern Languages) Beynəlxalq əlaqələr departamentinin müdiri professor Zulfiqar Ali Qureşi və koordinatoru Sarvat Rauf Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. Xəzər Universitetinin prorektorları Məhəmməd Nuriyev və Rafiq Əhmədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Təhsildə keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova, “Khazar Journal of Humanities and Social Sciences” (Xəzər Humanitar və Sosial Elmlər Jurnalı) jurnalı redaktorunun assistenti Xəyalə Məmmədova, Beynəlxlaq əlaqələr üzrə prorektorun assistenti Həvvaxanım Qurbanova da görüşdə iştirak edirdilər.
Görüşdə Xəzər Universitet ilə Dövlət Müasir Dillər Universiteti arasında qarşılıqlı iş perspektivləri müzakirə olundu və ikitərəfli müqavilə imzalandı.
[:en]On October 31st, Pakistani guests who were in Azerbaijan for the Baku International Humanitarian Forum visited Khazar University. The delegation included Muhammad Asif Noor, Director of the Institute of Peace and Diplomacy; Zulfiqar Ali Qureshi, Head of the Department of International Relations of National University of Modern Languages (Islamabad, Pakistan); and Mrs. Sarwat Rauf, the Project Coordinator of the same department. The guests met with the Founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, and discussed possibilities for future projects among the universities. Then a Memorandum of Understanding was signed between Khazar University and National University of Modern Languages of Islamabad. Participants in the meeting also included the Khazar University Vice Presidents, Mahammad Nuriyev and Rafig Ahmadov; Director of Public Relations and Media, Alovsat Amirbeyli; Director of the Center for Quality Assurance in Education, Lyudmila Sotova; editor’s assistant for the Khazar Journal of Humanities and Social Sciences, Khayala Mammadova; and assistant to the Vice President for International Relations, Havvakhanim Gurbanova. [:]