[:az]Oktyabrın 28-30-da Xəzər Universitetində Tempus proqramı çərçivəsində “Tələbə dəstək və inkişaf xidmətləri” adlı layihənin ikinci idarə iclası keçirildi. Görüş layihənin hazırkı vəziyyətini nəzərdən keçirmək və gələcək fəaliyyətinin planlaşdırılması üçün nəzərdə tutulmuşdu. Bu Tempus layihəsinin məqsədi Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və İsrailin ali təhsil müəssisələrində tələbə və məzunlar üçün ən yaxşı Avropa təcrübələrinə əsaslanan, qloballaşan dünyanın tələblərinə cavab verən qabaqcıl və yenilənən xidmətlər yaratmaqdır.
Görüşdə Avropa və tərəfdaş ölkələri təmsil edən 35 nümayəndə iştirak edirdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı görüşü açıb, qonaqları salamladıqdan sonra tələbə dəstək xidmətlərinin əhəmiyyətindən və “Xəzər”də bu xidmətin cari vəziyyətindən danışdı. O, həmçinin, “Xəzər”də tələbə xidmət orqanlarının yaranma tarixinin 1998-ci ildə Karyera İnkişaf Mərkəzinin yaradılması ilə başladığını və digər tələbə dəstək xidmətlərinin qurulması ilə davam etdiyini bildirdi.
İtaliyanın L’Aquila Universitetinin prorektoru, fəlsəfə doktoru Anan Tozzi layihənin hazırkı vəziyyəti və gələcək fəaliyyəti haqqında çıxış etdi. Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırov layihənin əhəmiyyətini vurğuladı və “Erasmus +” çərçivəsində yeni imkanlar barədə danışdı.
Konfransın ilk günü Anlaşma memorandumunun imzalanması və müxtəlif tərəfdaşlar arasında əməkdaşlıq müqavilələrinin bağlanması ilə sona çatdı. Nəticədə, Xəzər Universiteti ilə aşağıdakı universitetlər arasında Anlaşma memorandumu və müqavilələr imzalanıb:
1. İtalyanın L’Aquila Universiteti; 2. Gürcüstanın Akaki Tsereteli Universiteti; 3. Qırğızıstanın Issık-Kul Dövlət Universiteti; 4. Rumuniyanın Stefan cel Mare Universiteti; 5. Qazaxıstanın Kostanay Dövlət Universiteti; 6. Qazaxıstanın Qərbi Qazaxıstan Aqrar-Texniki Universiteti.
İki günlük konfrans zamanı universitetlərin nümayəndələri öz ali təhsil müəssisələrində tələbə dəstək xidmətləri, müəyyən çatışmazlıqlar və layihə çərçivəsində əldə olunmalı nəticələr barədə çıxış etdilər.
Xəzər Universiteti tərəfindən təşkil olunan mədəni tədbirlər görüşü daha da maraqlı etdi və nümayəndələr Bakının görməli yerləri və Azərbaycan mətbəxi ilə tanış oldular. Oktyabrın 27-də, qonaqların gəlişi günü, onlar Opera və Balet teatrında “Leyli və Məcnun” operasını dinləmək imkanı əldə etdilər. İkinci günün sonunda qonaqlar İçərişəhəri gəzdilər və “Şah sarayı” restoranında şam etdilər. Görüşün üçüncü gününün axşamı onlar professor Hamlet İsaxanlının bağ evində Azərbaycanın milli mətbəxinə aid yeməklərlə tanış oldular. Oktyabrın 30-də görüş iştirakçıları Qala Arxeoloji-Etnoqrafik Muzeyində oldular, sonra Qaladakı “Balıq” restoranında şam yeməyi verildi.
[:en]The Second Management Meeting of the Student Support and Development Services Tempus Project was held at Khazar University on October 28-30, 2013. The meeting was planned to look at the state of the project and to plan further activities. This Tempus project aims to establish advanced and updated services to students and alumni according to the best European practices, able to meet the challenges of a globalised world, in target Higher Education Institutions (HEIs) in Georgia, Kazakhstan, Kyrgyzstan, Azerbaijan, and Israel.
About 35 participants representing European and Partner countries participated in the meeting. The meeting started with the welcome speech of Professor Hamlet Isaxanli, who addressed the importance of student support services and their current state at Khazar, also noting that the history of student services goes back to 1998 at Khazar when the Career Development Center was established, followed by the establishment of other student support services.
Dr. Anan Tozzi, Vice Rector of University of L’Aquila, Italy, gave a speech on the state of the project and about future activities. Following her speech, Mr. Parviz Bagirov, Head of the National Tempus Office, welcomed everyone to Azerbaijan and particularly to Khazar. He also stressed the importance of the project and talked about new opportunities within Erasmus Plus.
During the two-day conference, participants of each university made presentations on the status of Student Support Services in the respective universities, identifying gaps and the outcomes they want to see within the project.
The first day of the conference concluded with a session of signing Memoranda of Understanding and Cooperation Agreements with different partners. As a result, Khazar University signed MOUs and Agreements with the following universities:
1. University of L’Aquila, Italy
2. Akaki Tsereteli University, Georgia
3. Issyk-Kul State University, Kyrgyzstan
4. Stefan cel Mare University of Suceava, Romania
5. Kostanay State University, Kazakhstan
6. West Kazakhstan Agrarian-Technical University, Kazakhstan
Social events organized by Khazar University made the meeting even more interesting and introduced Azerbaijani culture to the representatives. On October 27th, the day of their arrival, the guests had an opportunity to see the opera “Leyli and Medjnun” at the Opera and Ballet theatre. After finalizing the second day, the guests had a small tour to the Old City and had dinner at Shah Palace Restaurant. The third day of the meeting was followed by an evening at the Summer House of Professor Hamlet Isaxanli, where guests tried Azerbaijani national cuisine. On the 30th of October, the meeting participants visited Qala Archeological and Ethnographic Museum followed by a dinner at the Fish Restaurant in Qala.
[:]