[:az]Azərbaycan Respublikası Təhsil Naziriliyinə
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor H.İsaxanlıya
Təlim kurslarının təşkili barədə
Hörmətli Hamlet müəllim!
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİL) “Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi”adlı 2-ci alt-komponentinin İcra planına uyğun olaraq 2013-cü il avqustun 5-dən etibarən 2013-2014-cü dərs ilində V və VI siniflərdə işləyəcək və indiyədək təlim kurslarından keçməyən müəllimlər üçün 60 saatlıq (10 günlük) proqram üzrə təlim kursları keçirilmişdir. Təlim kursları Cəlilabad şəhər l və 8 nömrəli məktəb-liseylərinin müvafıq məşğələ otaqlarında təşkil olunmuş, məşğələlərin keçrilməsi üçün normal iş mühiti yaradılmış, hər məşğələ otağı zəruri texniki vasitələrlə – kompüter, proyektor, əyani vəsait və digər resurslarla təmin edilmişdir.
Təlim kurslarında Xəzər Universiteti, Azərbaycan Universiteti, “Avropa-Azərbaycan” məktəbi, “İdrak” məktəb-liseyi, “Unikal-1” və “Mədəd-Azərbaycan” MMC-lərin təlimçiləri xüsusi peşə hazırlığı nümayiş etdirmiş, yeni fənn kurikulumlarının tətbiqi sahəsində müəllimlərin, məktəb rəhbərlərinin və yerli-idarəetmə orqanlarının rəhbər işçilərinin nəzəri və praktik hazırlıqlarının artırılması üçün qarşıya qoyulmuş məqsədlərə, proqram materiallarının müdavimlər tərəfindən mənimsənilməsinə nail olmuşlar.
Keçirilən təlim kursları arasında “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentinin icra planına əsasən idarəetmədə qərarların verilməsi üçün “Qiymətləndirmə nəticələrinin təhlili” mövzusunda Xəzər Unıversitetinin təlimçisi Elxan Bəylərov tərəfindən aparılan təlimlər nəzəri və praktik cəhətdən xüsusi önəm kəsb etmiş, kurslara cəlb edilən RTŞ-nın yerli idarəetmə orqanlarının əməkdaşları və məktəb rəhbərlərinin bu sahədəki hazırlıq səviyyələri daha da yaxşılaşdırılmışdır.
Ümumilikdə avqust-sentyabr aylarında keçirilən 10 günlük təlim kurslarından 682 nəfər fənn müəllimi keçmiş və onlar müvafiq sertifıkatlar almışlar.
Hörmətli professor H.İsaxanlı!
Bütün bunları nəzərə alaraq Cəlilabad RTŞ-nin rəhbərliyi Sizə və təlimləri keçirən bütün təşkilatlara, o cümlədən Xəzər Universitetinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir, yeni fənn kurikulumlarının (Milli Kurikulum) tətbiqi sahəsində, eləcə də Azərbaycan təhsilinin gələcək inkişafı sahəsində həyata keçirəcəyiniz sistemli, səmərəli və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar və yüksək nailiyyətlər arzulayır.
Hörmətlə,
RTŞ-nın müdiri: V.Dövlətov
17 sentyabr 2013-cü il
[:en]To the Ministry of Education of the Azerbaijan Republic and
Chairman of the Board of Directors and Trustees of Khazar University, Prof. Hamlet Isaxanli
About the organization of training courses
Dear Mr. Isaxanli,
According to the second Education Sector Development Project (ESDP), according to the implementation plan of the 2nd sub-component entitled “Modernizing additional education system of educational personnel,” beginning on August 5, 2013 a 60-hour (10-day) training course was held for teachers who will teach V and VI grade classes in the 2013-2014 academic year and who haven’t passed training courses so far. The training courses were organized in training rooms of lyceums № l and 8 of Calilabad city, and a good work environment was created to conduct seminars. Each training room was provided with the necessary technical equipment – computers, projectors, visual aids, and other resources.
Trainers from Khazar University, ”Europe-Azerbaijan” school, “Cognitive” high school, “Unique-1” and “Madad-Azerbaijan” LLC demonstrated special vocational training, achieved objectives in order to increase the theoretical and practical preparation of teachers, school administrators, and staff of the local government bodies in the implementation of new curriculum.
Among the training courses, according to the plan of implementation of “Improvement of management in the education system, the development and application of regulatory rules related to the teaching profession ” sub-component for decision making in management, training sessions on “Using assessment results” were led by Khazar University instructor Elkhan Baylarov in order to help employees of local government bodies of the Education Department and school directors improve their preparedness in this area.
Overall, 682 people passed the 10-day training courses held in August-September and received certificates.
Dear Hamlet Isaxanli, given all this, the Calilabad Education Department’s management would like to thank you and all organizations that held training courses, including Khazar University administration and staff, and we wish new successes and achievements in your systematic, efficient and purposeful activities.
Sincerely,
Head of Education Department: V. Dovlatov
September 17, 2013
[:]