[:az]Sentyabrın 29-da Aktyor evində Xəzər Universitetinin 35-ci məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.
Azərbaycanın Dövlət Himninin ifası ilə başlanan mərasimdə əvvəlcə Xəzər Universiteti haqqında film nümayiş etdirildi. Sonra məzunlara diplomlar təqdim olundu. Diplomları bakalavrlara prorektorlar Məhəmməd Nuriyev və Rafiq Əhmədov, fakültə dekanları, departament müdirləri və müəllimlər, magistrlərə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı təqdim etdilər. H. İsaxanlı məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı. O, universitetdə yaradılmış təhsil mühitindən və onun özünəməxsus xüsusiyyətlərindən, bu təhsil sistemi vasitəsilə yalnız ixtisasına yiyələnmiş mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, universitetin professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi geniş miqyaslı tədbirlərdən ətraflı bəhs etdi.
Tələbələr çıxış edərək, universitet rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıq bildirdilər, Xəzər Universitetinin andını söylədilər və xatirə şəkilləri çəkdirdilər.
Mərasim universitetin Musiqi və incəsənət departamentinin tələbələrin iştirakı ilə hazırladığı konsert proqramı ilə müşayiət olundu.
[:en]On September 29th, Khazar University’s 35th Graduation Ceremony was held in the House of Actors. Graduates and their parents, students, administration and faculty of the university participated in the ceremony. The ceremony began with the national anthem of the Azerbaijan Republic and then a film about Khazar University was shown. Then diplomas were presented to the graduates. Vice Presidents of the university Mahammad Nuriyev and Rafig Ahmadov, deans of schools, heads of departments, and instructors presented diplomas to the bachelor students, and the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, presented diplomas to master students. H. Isaxanli congratulated the graduates and wished them success in their future lives. He talked about the educational environment created at the university and its distinctive features, saying that the education system trains not only qualified experts but also develops the young generation. He also noted the efficient and hard work of the university faculty, multilateral relations with the world’s leading universities, and university projects, including the construction of a new campus meeting all modern standards, the continual development of the university’s material and technical foundation, and future large-scale endeavors.
Students making presentations expressed their gratitude to the administration and faculty, and photos were taken with instructors.
The ceremony was accompanied by a concert given by the university’s Department of Music and Fine Arts with the participation of students.
[:]