[:az]Fevralın 14-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Akkord İnşaat-Sənaye Şirkəti”ndə olub, “Akkord” Direktorlar Şurasının sədri – baş direktor Xaqani Quluzadə, İcraçı direktor Göksel Aybek, İcraçı direktorun müavini Elçin Bədəlov və digər məsul şəxslərlə görüşdü. O, universitet-sənaye münasibətləri, bu sahədə Amerika, Avropa və Uzaq Şərq (Çin, Yaponiya, Koreya Respublikası və s.) ölkələrində qazanılmış təcrübədən danışdı. Xəzər Universitetinin bu işdə əldə etdiyi uğurlar haqqında söhbət etdi, “Akkord” şirkəti ilə Xəzər Universiteti arasında hər iki tərəf üçün maraqlı və faydalı ola biləcək işbirliyi ideyalarını irəli sürdü. Sonra şirkət haqqında film nümayiş etdirildi, şirkətin fəaliyyəti haqqında ətraflı təqdimat verildi. Direktorlar Şurasının üzvləri şirkətin Xəzər Universiteti ilə əlaqələrinə böyük əhəmiyyət verdiklərini söylədilər. Yaxın zamanlarda görüşlərin davam etməsi və müəyyən edilmiş sahələrdə iş birliyinə başlamaq qərara alındı.[:en]On February 14, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, visited “Akkord Construction and Industrial Company” and met with the chairman of the Board of Directors and General Director of “Accord,” Khaqani Guluzade, Executive Director Göksel Aybek, Deputy Executive Director Elchin Badalov, and other senior officials. They discussed university-industry relations, talking about the experience gained in this field in American, European and Far Eastern countries (China, Japan, South Korea, etc.). Then they discussed the achievements of the university in this area and suggested ideas for cooperation between “Accord” and Khazar University that would be interesting and useful for both sides. After a film was shown about the company, a presentation was given about the company’s activities. The members of the Board of Directors said that they attached great importance to relations with the Khazar University. A decision was made to continue meetings in the near future and start cooperation in certain areas.[:]