[:az]Noyabrın 7-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində yeseninşünas tədqiqatçı, fəlsəfə doktoru İsaxan İsaxanlının “Незадаром ему мигнули очи – Есенин в Баку” kitabının təqdimatı oldu. Təqdimat mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, səfirliyin əməkdaşları, Yesenin yaradıcılığının tədqiqatçıları və əsərlərinin tərcüməçiləri, Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərasimdə səfir V. Doroxin çıxış edərək, kitabı yüksək dəyərləndirdi. Azərbaycan-Rusiya mədəni və ədəbi əlaqələrinin mühüm əhəmiyyətini vurğulayan səfir bu əlaqələrin iki ölkə arasındakı siyasi münasibətlərin də inkişafına təsir göstərən önəmli amil olduğunu qeyd etdi.
Mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, kitabın redaktoru professor Nizami Tağısoy, xalq şairi Nəriman Həsənzadə, şair Oqtay Rza çıxış edərək, Yeseninin rus və dünya ədəbiyyatındakı yeri, Azərbaycan poeziya həvəskarlarının şairin yaradıcılığına böyük rəğbəti və əsərlərinin tədqiqi və tərcüməsi haqqında mülahizələrini bildirdilər.
Sonda İ. İsaxanlı kitab üzərində necə işləməsindən danışdı, mərasim təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Mərasimdə Yeseninin şeirləri oxundu, sözlərinə yazılmış mahnılar ifa olundu.[:en]On November 7, Researcher of Yesenin Studies at Russian Information and Cultural Center of the Russian Federation Embassy in Azerbaijan Dr. Isakhan Isakhanli’s book entitled “Незадаром ему мигнули очи – Есенин в Баку” was presented. Ambassador of the Russian Federation to Azerbaijan, Vladimir Dorokhin, embassy officials, researchers and translators of Yesenin’s activities and works, administrators and staff of Khazar University, and community representatives attended the meeting.
At the ceremony, Ambassador Vladimir Dorokhin made a presentation and highly evaluated the book. Emphasizing the importance of cultural and literary relations between Azerbaijan and Russia, the ambassador noted that this type of event is an important factor affecting the development of political relations between the two countries. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, the book’s editor Professor Nizami Tagisoy, people’s poet Nariman Hasanzade, and poet Ogtay Rza made presentations at the event. They spoke about Yesenin’s position in Russian and world literature, Azerbaijani poetry lovers’ favor for his work, and about research and translation of his works.
At the end, Isakhan Isakhanli talked about how he worked on the book and expressed his gratitude to the organizers and participants of the ceremony.
Yesenin’s poems were read and songs written using poems were performed at the ceremony.[:]