[:az]Oktyabrın 1-də Xəzər Universiteti Şərqşünaslıq və dinşünaslıq departamenti və İran Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə universitetdə iranlı sənətkarların sərgisi təşkil olundu. Departamentin “İran Mədəniyyəti Günləri” silsiləsinin birinci tədbiri kimi həyata keçirilən “Göz oxşayan təsviri incəsənət nümunələri” adlı bu sərgidə İranın məşhur sənətkarlarından Ustad Mehdi Tusinin kalliqrafiya və oyma sənəti, xəttat Seyid Əli Fəxarinin xəttatlıq və təzhib sənəti, həmçinin məşhur fotoqraf Nasir Məhəmmədinin fotoqrafiya sənəti sahəsində bir-birindən maraqlı sənətkarlıq əsərləri nümayiş etdirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İran Mədəniyyət Mərkəzinin sədri İbrahim Nurinin açılış sözü ilə başlayan sərgiyə universitetin müəllim və tələbə kollektivi böyük maraq göstərdi. İştirakçıların böyük marağı və sualları ilə qarşılaşan sənətkarlar nümayiş etdirilən sənət növlərinin tarixi və istifadə edilən metod və alətlər haqqında həvəslə məlumat verdilər.
Sonra sənətkarlar Xəzər Universitetinin xalçaçılıq və zərgərlik muzeyini gəzdilər, universitetin mədəniyyət və sənət siyasəti ilə yanaşı tələbələrinin də bu sahədəki uğurlarını yüksək qiymətləndirdilər. Hər birisi öz sahəsində çoxlu elmi əsərin müəllifi və təcrübəli müəllim olan qonaqlar yaxın gələcəkdə Xəzər Universitetində qısa müddətli də olsa, sənət kursları tədris etməkdən məmnun olacaqlarını bildirərək, universitetdən xoş təəssüratlarla ayrıldılar.
Şərqşünaslıq və dinşünaslıq departamentinin ümumilikdə şərq, xüsusilə fars dili və ədəbiyyatı, İran tarixi və mədəniyyətinin tədqiq və tədrisinin inkişafı sahəsində 2012-2013-cü tədris ilində atdığı ilk addımlardan olan bu sərgi, bu sahədə keçirilməsi planlaşdırılan bir-birindən maraqlı tədbirlər silsiləsinin uğurlu başlanğıcı hesab edilə bilər.
[:en]On October 1st, by the joint organization of the Department of Religious and Eastern Studies of Khazar University and the Iranian Cultural Center, an Iranian artists’ exhibition was organized at the university. In the “Brilliant Examples of Fine Art” exhibition, which was the first in the department’s series of events entitled “Days of Iranian Culture,” many works of calligraphy, carving and photographs of Iran’s famous craftsmen including master Mehdi Tusi, calligrapher Syed Ali Faxari, and well-known photographer Nasser Mahammad were displayed.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Chairman of the Iranian Cultural Centre, Ibrahim Nuri, opened the event. Participating university faculty and students showed great interest in the exhibition. The artists informed participants about the history of the types of art on display and their methods and tools.
Then the craftsmen visited the carpet and jewelry museum of the Khazar University, where they learned about the university’s policy of culture and arts and they appreciated the achievements of the students in this area. As experienced teachers and authors of numerous scientific publications in their fields, the guests said that they would be happy to teach short-term courses at Khazar University. They left the university with pleasant impressions.
This event can be considered a successful beginning to the series of events that will be held by the Department of Eastern and Religious Studies in the 2012-2013 academic year aimed at the development of research and training of Eastern studies, especially in Persian language and literature and the history and culture of Iran.
[:]