[:az]Oktyabrın 3-də Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentində Xəzər Universiteti Dissertasiya Komitəsinin dosenti Dilbər Zeynalovanın sədrliyi ilə keçən iclasında doktorant Məhəmməd Hüseyn Səidəsr Əbdulla oğlunun “Saray və xalq şairləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi oldu. Doktorantın, dissertasiya işinin elmi rəhbəri professor Hamlet İsaxanlının, ekspertlərin və digərlərinin çıxışlarından sonra gizli səsvermə yolu ilə Məhəmməd Hüseyn Səidəsr Əbdulla oğluna filologiya elmləri üzrə fəlsəfə doktoru dərəcəsi verilməsi təsdiq edildi.[:en]On October 3rd, the defense of Mohammed Hussein Saidesr’s doctoral thesis on the topic “Palace and Folk Poets” was held. The meeting was chaired by the Associate Professor of the Dissertation Committee of the Department of Azerbaijani Language and Literature of Khazar University, Dilber Zeynalova. After the doctorate student’s speech; presentations by his advisor Professor Hamlet Isaxanli, experts, and others; and a vote by secret ballot, the Doctor of Philosophy in Philology degree was approved to be awarded to Mohammed Hussein Saidasr.
[:]