[:az]Sentyabrın 25-də İngiltərə universitetlərinin nümayəndələri – nümayəndə heyətinin koordinatoru Feride Alp-Walter, Aston Universitetinin təmsilçiləri Malcolm Booth və Alan Fitzgerald, “Carfax Educational Consultants”-ın təmsilçisi Matthew Goldie-Scott, İngiltərənin “Technical Solutions International”-ın nümayəndəsi Daniel Engstrom, Bredford Universitetinin nümayəndəsi Karen Jackson və Huddersfield Universitetinin nümayəndəsi Andrew Mandebura Xəzər Universitetində oldular.
Nümayəndələr Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor vəzifəsini icra edən Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor Rafiq Əhmədov, Beynəlxalq əlaqələr üzrə prorektor Fərda Əsədov və universitetin dekanları, departament müdirləri və əməkdaşları ilə görüşdülər.
M. Nuriyev qonaqları təqdim etdi. Sonra Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı professor Siyavuş Azakov Xəzər Universiteti və akademik proqramları haqqında məlumat verdi. H. İsaxanlı qonaqları Xəzər Universitetinin əməkdaşlıq ideyaları və əlaqələri haqqında məlumatlandırdı. Qonaqların sualları cavablandırıldı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu. Görüşdən sonra qonaqların şərəfinə ziyafət verildi və sonda onlar universitetlə tanış oldular.
[:en]On September 25th, 2012, the following guests from the UK visited Khazar University: Ms Feride Alp-Walter, the coordinator of the delegation; Dr. Malcolm Booth and Dr. Alan Fitzgerald representing Aston University; Matthew Goldie-Scott representing Carfax Educational Consultants; Daniel Engstrom representing UK Technical Solutions International; Dr. Karen Jackson representing the University of Bradford; and Andrew Mandebura representing the University of Huddersfield.

The representatives had a meeting with the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli; Interim President Professor Mahammad Nuriyev; Vice President for Administration and Academic Affairs, Professor Rafig Ahmadov; Vice President for International Relations, Professor Farda Asadov; all of the deans of schools in Khazar University; and department heads and other staff members.

Prof. Mahammad Nuriyev opened the meeting and introduced the guests. Then Prof. Siyavush Azakov, head of the Department of Engineering and Applied Sciences, made a presentation to inform the guests about Khazar University’s academic programs and facilities. Prof. Hamlet Isaxanli also made a presentation about Khazar University’s partnership ideas. The guests’ questions were answered and prospects for future partnership were discussed. After the meeting, a banquet was given in honor of the guests, and they went on a small tour of the university.
[:]