[:az]Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Beynəlxalq Əlaqələr İdarəsinin sədr müavini Dr. Nəcəfi Bərzgər və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri İbrahim Nurini qəbul etdi. H. İsaxanlı qonaqlara Xəzər Universiteti haqqında geniş məlumat verdi və mədəni əlaqələrin vacibliyini vurğuladı. Sonra o, qonaqları universitetlə tanış etdi, iranşünaslıq otağında oldular.
Dr. Nəcəfi Bərzgər görüşdən məmnun olduğunu bildirdi. Hər iki tərəf gələcəkdə də əlaqələrin daha da genişləndirilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini vurğuladılar. Görüşdə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə Direktoru Əlövsət Əmirbəyli və universitetin İranşünaslıq Mərkəzinin müdiri Nahid Şəfiyev iştirak etdilər. Sonda professor H.İsaxanlı və Dr. Nəcəfi Bərzgər İRİB televiziyasına müsahibə verdilər.
[:en]The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, hosted Dr. Necefi Berzger, Deputy Chairman of the International Relations Department of the Organization of Culture and Islamic Relations of Iran Islamic Republic, and Ibrahim Nuri, Chairman of Cultural Center of the Embassy of Iran Islamic Republic. H. Isaxanli gave detailed information about the university to the guests. Then he gave the guests a tour of the university’s Iranian Studies room. Dr. Necefi Berzger expressed satisfaction with the meeting. Both sides emphasized that they will use all opportunities for the further expansion of relations in the future. Director of Public Relations and Media of Khazar University Alovsat Amirbeyli and head of the Iranian Studies Center Nahid Shafiyev participated in the meeting. Finally Professor H. Isaxanli and Dr. Necefi Berzger gave an interview for IRIB television. [:]