[:az]İyunun 20-də Xəzər Universitetinin “Dünya” konsert salonunda universitetin Musiqi və incəsənət departamenti birinci kurs tələbələrinin yekun konserti keçirildi. Konsert tələbələrin əl işlərindən (xalçaçılıq və zərgərlik) ibarət sərginin nümayişi ilə aşıldı.
Konsertdə qızlar və oğlanlardan ibarət rəqs qrupu məharətini göstərdi, milli və klassik musiqi, Azərbaycan bəstəkarlarının, dünya xalqlarının mahnıları səsləndi. Rəqs ansamblının ifasında dahi bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər göstərildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, tələbələrin konsertini yüksək qiymətləndirdi və onlara yeni uğurlar arzuladı.
[:en]On June 20th the final concert of the first year students of Department of Music and Fine Art was held at Khazar University “World” concert hall. The concert was opened with an exhibition consisting of students’ handicrafts (carpet-making and jewelry arts). Then a dance group consisting of girls and boys demonstrated their abilities, and performances were made of national and classical music, songs of Azeri composers and peoples of the world. The dance ensemble performed selections from the great composer Fikret Amirov’s ballet “Thousand and One Nights.” The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, appreciated the students’ concert and wished them success.[:]