[:az]Mayın 11-də Xəzər Universitetində “Ədəbi üfüqlər” silsiləsindən Xalq şairi Nəriman Həsənzadənin poeziyasına həsr olunmuş ədəbi-bədii müsamirə keçirildi.
Universitetin tələbələri şairin sözləri əsasında səhnələşdirilmiş kiçik parçalar göstərdilər, şeirlərini müxtəlif dillərdə ifa etdilər. Universitetin əmək¬daşı amerikalı Marta Laurinin Azərbay¬can dilində səsləndirdiyi şairin “Sən bağışladın” şeiri iştirakçıların marağına səbəb oldu.
Universitetin qızlardan ibarət rəqs qrupu Nəriman Həsənzadənin sözlərinə bəs¬tə¬lən¬miş “Sənsən həyatım” mahnısının sədaları altında rəqs etdilər. Rəqsin quruluşçusu universitetin Musiqi və incəsənət departamen¬ti¬nin müəllimi Səbinə Minasa¬zo¬vadır.
Əməkdar artistlər – Lalə Məmmədova, Anar Şuşalı və Opera və Balet Teatrının solisti, Xəzər Universitetnin müəllimi Məhsəti Cabbarovanın ifasında Nəriman Hə¬sən¬zadənin sözlərinə yazılmış mahnılar dinlənildi. Aşıq Roman Azaflı Nəriman Hə¬sənzadənin “Haqqın çatarmı” şeirini sazda ifa etdi. Aktyor Midhət Aydının Nəriman Həsənzadənin “Nuru paşa” poemasından səs¬ləndirdiyi bir parça salondakılar tərəfindən alqışlarla qarşılandı.
Cənubi Azər¬bay¬can¬dan gəlmiş şair Aqşin Ağkəmərli çıxış edərək, Nəriman Həsənzadə poeziyasının Arazın o tayında da sevildiyini və məşhur olduğunu, şairin kitablarının dəfələrlə çap edildiyini söylədi.
Tədbirin sonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şu¬rasının sədri Hamlet İsaxanlı çıxış edərək, şairin poeziyasının səciyyəvi xüsusiyyətlərindən bəhs etdi. Sonra Nəriman Həsənzadə tədbirin təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirərək, şeirlərini oxudu.
Ədəbi-bədii müsamirənin quruluşçu rejissoru Media Resursları Mərkəzinin direktoru Natella Barkaya, musiqi tərtibatçısı Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova, quruluşçu rəssamı Mir Rafiq Əbdülrəhimov və ssenari müəllifi Elza İsmayılova idi.
[:en]On May 11 as part of the “Literary Horizons” series, a literary and artistic event devoted to the poetry of People’s Poet Nariman Hasanzadeh was held at Khazar University. Students of the university showed small skits on the basis of the poet’s words and recited poems in different languages.
The poem “You Gave,” recited in the Azerbaijani language by employee Martha Lawry and in other languages by students, was interesting for the participants.
The girls’ dance ensemble danced to a song composed on the poem “You Are My Life” by Nariman Hasanzadeh. The choreographer of the dance was instructor of the Department of Music and Fine Arts of the University, Sabina Minasazova.
Songs based on Nariman Hasanzadeh’s poetry were performed by Honored Artists Lala Mammadova and Anar Shushali and Opera and Ballet Theatre soloist and university music instructor Mehseti Jabbarova. Ashug Roman Azafli performed a poem by Nariman Hasanzadeh on the saz. Short passages of Nariman Hasanzadeh’s “Nuri Pasha” poem recited by actor Midhat Aydin were greeted with much applause by the audience.
Making a presentation, poet Agshin Agkemerli, who came from South Azerbaijan, noted that Nariman Hasanzadeh is famous for his poetry and he is loved on the other side of the Araz River. He added that his books have been published many times.
Making a presentation at the end of the event, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, spoke about the specific characteristics of Hasanzadeh’s poetry. Then Nariman Hasanzadeh thanked the event organizer and the participants who read his poems.
The literary and artistic director of event was the director of the Media Resources Center, Natella Barkaya; the music designer was Head of the Department of Music and Fine Arts Zulfiyya Sadigova; the producer artist was Mir Rafiq Abdulrahimov; and the script writer was Elza Ismailova.
[:]