[:az]Hər il may ayının gəlişini xalqımız böyük sevinc hissi ilə qarşılayır. Bu, təsadüfi deyil. Faşizim üzərində qələbədə xaqımızın böyük rolu olduğundan hər il 9 may günü biz azərbaycanlıların da qələbə bayramı kimi qeyd edilir. Mayın 10-u isə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin doğum günü böyük məhəbbətlə bayram edilir. Əlamətdar gün münasibətilə artıq neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində keçirilən Gül bayramı hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqımızın bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır. Biz də universitetimizdə bu bayramı gözəl keçirdik və həqiqətən də, güllər və çiçəklər hər birimizdə ruh yüksəkliyi yaratdı.
Tədbirimiz balaca dostumuz Ümid Cümşüdovun möhtəşəm əl işlərinin sərgisi ilə başladı. Ümid Cümşüdov 219 sayılı orta məktəbin 9-cu sinif şagirdidir. O, evdə təhsil almağa məcbur olsa da, dərin zəkası, mənəvi sağlamlığı və qızıl əlləri ilə fərqlənir.
Bayramı bizimlə bərabər qeyd etmək üçün çoxlu qonağımız təşrif gətirmişdi. Daimi və şanlı qonağımız, Böyük Vətən müharibəsi veteranı 90 yaşlı Qalina xanımın yenə bizimlə birgə olması bayrama xüsusi rəng və məna qatdı. Gözəl məclisimiz Xəzər Universitetinin qurucusu Hamlet İsaxanlının ürək sözləri və bayram təbriki ilə davam etdi. Tədbir “Xəzər”imizin rəqs ansamblının gözəl rəqsləri, İqtisadiyyat və menecment fakültəsinin tələbəsi, “Tələbə Baharı” müsabiqəsinin qalibi Anna Məlikovanın və universitetimizin vokal müəllimi Fərid Əliyevin ifa etdikləri mahnılarla başa çatdı.
İmidə Kamallı,
İqtisadiyyat və menecment fakültəsinin ikinci kurs tələbəsi
[:en]People meet the arrival of May with a sense of great joy each year. This is not accidental. Because of the great role played by our people in the victory over fascism, May 9th is celebrated as Victory Day of Azerbaijanis every year. On May 10th, the birthday of Heydar Aliyev, founder of the contemporary state of Azerbaijan, savior of our people, and national leader, is celebrated with great love. For many years now, this day is marked as Flower Holiday in every corner of our country. It creates a good mood in the heart of each citizen and generates gratitude toward the great personalities who spent their lives for the sake of our people today. We had a wonderful holiday in the university, and flowers created enthusiasm in each of us.
On May 10th, the events started with an exhibition of the handicrafts of our wonderful little friend Umid Jumshudov. Umid Jumshudov is a 9th grade student of secondary school № 219. As he is forced to study at home, he is distinguished by a deep intellect, spiritual health and skillful hands.
A lot of guests came to celebrate the holiday with us. Our regular and esteemed guest,
veteran of the Great Patriotic War, 90-year-old Miss Galina, joined us again and added a special meaning and color to the holiday. Our interesting meeting was followed by a speech and holiday congratulations from the founder of the university, Hamlet Isaxanli. The event ended with beautiful dances of Khazar’s dance ensemble and songs performed by students of the School of Economics and Management, the “Student Spring” contest winner Anna Malikova, and vocal instructor of the university Farid Aliyev.
Imida Kamalli
First-year student of School of Economics and Management
[:]