[:az]Mayın 1-də Xəzər Universitetinin Mərkəz kampusunda “Elm və Sənət Məclisi”nin 54-cü məşğələsi keçirildi. Məclisin bu dəfəki qonağı Boğaziçi (Türkiyə) və Columbiya (ABŞ) universitetlərinin professoru Reşit Canbeyli idi. Məclisi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, məruzəçi haqqında geniş məlumat verdi. Reşit Canbeyli “İşığın psixoloji effekti: bioloji saat və depressiya” mövzusunda maraqlı məruzə ilə çıxış etdi. Sonra məclisdə iştirak edən alimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırdı. Məruzə ətrafında müzakirələrdə Hamlet İsaxanlı, Əlövsət Əmirbəyli, İsaxan İsaxanlı, Rima Məmmədova, Seymur Rzayev (Xəzər Universiteti), Esmiralda Həsənova, Solmaz Tohidi (AMEA-nın Şərqşünaslıq İnstitutu), Ruhəngiz Rzayeva, Nigar Məmmədova (Müəllimlər İnstitutu) İradə Zərqan (AMEA-nın Fəlsəfə İnstitutu), Afaq Məmmədova (Dini Qurumlarla İş üzrə Komitə), şair Süleyman Əlisa və digərləri iştirak etdilər. Sonda xatirə şəkil çəkildi. [:en]On May 1st, the 54th routine meeting of the Assembly of Science and Art was held at Khazar University’s downtown campus. The guest for this meeting was Professor Reshit Janbeyli of Boğaziçi University (Turkey) and Columbia University (USA). The founder of Khazar University and the chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, opened the meeting and introduced the theme of the lecture. Then Professor Janbeyli gave an interesting presentation on “The Psychological Effects of Light: Biological Clock and Depression.” Then he answered many questions put forth by the students and scholars participating in the meting. Active participants in the discussion included Hamlet Isaxanli, Alovsat Amirbayli, Isakhan Isakhanli, Rima Mammadova, Seymur Rzayev (Khazar University); Esmiralda Hasanova, Solmaz Tohidi (Institute of Oriental Studies of ANAS); Ruhangiz Rzayeva, Nigar Mammadova (Institute of Teachers); Irada Zargan (Institute of Philosophy of ANAS); Afag Mammadova (State Committee for Work with Religious Organizations of Azerbaijan Republic); poet Suleyman Alisa, and others. At the end of the event, photos were taken. [:]