[:az]Aprelin 27-də Moldova Respublikası Qaqauz Yerinin Komrat Dövlət Universitetində Avrasiya Universitetlər Birliyinin (EURAS) konfransı keçirildi. Konfransda EURAS-ın vitse prezidenti, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak etdi. O, “Avrasiya məkanında demokratiyanın inkişaf meylləri və universitetlərin rolu” mövzusunda məruzə ilə çıxış edib, universitetlərarası işbirliyi məsələləri barədə müzakirələr apardı. Komrat şəhəri və Moldovanın paytaxtı Kişinyov şəhəri ilə tanış olan H. İsaxanlı Moldovada Azərbaycan Diasporasının nümayəndələri ilə, həmçinin, “Moldova-Azərbaycan İşbirliyi Təşkilatı”nın prezidenti Müharib Allahverdiyevlə də görüşdü.[:en]The Conference of Eurasian Universities Association (EURAS) was held at Komrat State University in Gagauz Yeri of the Republic.of Moldova. Vice President of EURAS, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, participated in the conference. He made a presentation on the subject of “trends in the development of democracy in Eurasia and the role of universities” and led a discussion on university collaboration. H. Isaxanli toured the city of Komrat and Chisinau, the capital city of Moldova, and met with representatives of the Azerbaijani Diaspora in Moldova, as well as the president of the “Moldova-Azerbaijan Cooperation Organization” Muharib Allahverdiyev.[:]