[:az]Aprelin 22-də Xəzər Universitetinin Neftçilər kampusunda universitetin və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “ATƏT regionunda mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə” mövzusunda ATƏT-in 2-ci Model Konfransı keçirildi. Konfransı layihənin rəhbəri, Xəzər Universiteti Siyasət İnstitutunun direktoru Baba Bayramlı açaraq, konfransın məqsədləri barədə məlumat verdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, konfrans iştirakçılarını və qonaqları salamladı, Azərbaycanın 12 universitetini təmsil edən iştirakçılara uğurlar arzuladı. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi səfir Fikret Akcura, ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev keçirilən konfransın mühüm əhəmiyyətə malik olduğunu qeyd etdilər.
Sonra konfrans iştirakçıları olan tələbələr ATƏT iştirakçısı olan 22 dövlətin xarici işlər nazirləri, səfirləri və onların köməkçiləri rolunda çıxış etməklə plenar iclasa başlayıb, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizədə təmsil etdikləri ölkələrin mövqelərini ortaya qoymaqla uyğun təkliflər irəli sürdülər. Daha sonra “ATƏT-in Nazirlər Komitəsi”nin və “Daimi Komitəsi”nin ayrı-ayrılıqda iclasları keçirildi. Günün sonunda “Nazirlər Komitəsi“ konsensus əsasında “ATƏT regionunda mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə” haqqında “qətnamə” qəbul etdi. Konfransın sonunda iştirakçılara Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay tərəfindən imzalanmış sertifikatlar təqdim olundu. Sonra iştirakçılar üçün Xəzər Universitetinin yeməkxanasında qəbul mərasimi keçirildi. Mərasimdə professor Hamlet İsaxanlı və səfir Koray Tarqay iştirakçıları konfransın müvəffəqiyyətlə başa çatması münasibətilə təbrik edib, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzuladılar.
[:en]On April 22nd, the 2nd Model OSCE conference organized by Khazar University and the OSCE Office in Baku on the topic of “Fighting against organized crime and corruption in the OSCE region” was held at the Neftchilar campus of Khazar University. The project manager, Director of the Khazar University Institute of Politics Baba Bayramli, opened the conference by speaking about its objectives. Then the founder of Khazar University and the Chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, made a presentation to welcome and wish success to the guests and participants of the conference, who represented 12 Azerbaijani universities. Resident Coordinator of the UN in the Azerbaijan Republic, Ambassador Fikret Akjura, Head of the OSCE Office in Baku, Ambassador Koray Targay, and Spokesperson of the Ministry of Foreign Affairs of the Azerbaijan Republic, Elman Abdullayev, noted that the conference was very significant. Then the student participants began the plenary session. Acting as ministers, ambassadors and their assistants of 22 OSCE participant states, the students proposed relevant motions in the fight against organized crime and corruption by stating the positions of their countries. Then meetings of the “OSCE Committee of Ministers” and “Standing Committee” were held separately. At the end of the day, on the basis of a consensus of the “Committee of Ministers,” a ministerial decision was adopted on “Fighting against organized crime and corruption in the OSCE region.” At the end of the conference, certificates signed by the founder of Khazar University and the Chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and the head of the OSCE Office in Baku, Ambassador Koray Targay, were presented to the participants. Then a reception ceremony for the participants was held in the Khazar University cafeteria. Professor Hamlet Isaxanli and Ambassador Koray Targay congratulated the participants with successful completion of the conference and wished them success in their future lives and education.[:]