[:az]Aprelin 12-də Xəzər Universitetində “Elm və Sənət Məclisi”nin növbəti 53-cü məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, məruzəçi – Bakı Slavyan Universitetinin dosenti Zahir Əsədovu iştirakçılara təqdim etdi və mövzu haqqında məlumat verdi. Z. Əsədov “Qədim rus yazı abidələrində qədim türk etnoeydemləri” mövzusunda geniş məruzə etdi. Məruzə ətrafında müzakirələrdə Hamlet İsaxanlı, Ənvər Börüsoy (araşdırmaçı-yazar), Süleyman Əliyarlı, Rəsul Hüseynli (Bakı Dövlət Universiteti), Etimad Başkeçid (Bakı Slavyan Universiteti), Mətanət Şəkixanova (AMEA-nın Fəlsəfə İnstitutu), Asif Bayramov (Azərbaycan Universiteti), Sarvan Məmmədli (jurnalist) və digərləri çıxış etdilər. Məruzəçi Z. Əsədov ortaya çıxan sualları cavablandırdı. Sonda xatirə şəkilləri çəkildi. .[:en]On April 12th, the 53rd routine meeting of the “Assembly of Science and Art” was held at Khazar University. Opening the meeting, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, introduced the lecturer, Associate Professor of Baku Slavic University Zahir Asadov, to the participants and gave information on the topic. Z. Asadov spoke on “Ancient Turkish Cultural Connotations in Ancient Russian writings.” Hamlet Isaxanli, Anvar Borusoy (researcher-author), Suleyman Aliyarli, Rasul Huseynli (Baku State University), Etimad Bashkechid (Baku Slavic University), Metanet Shekikhanova (Philosophy Institute of NASA), Asif Bayramov (Azerbaijan University), Sarvan Mammadli (journalist) and others made presentations in the discussion. Lecturer Z. Asadov answered their questions. Photos were taken at the end.[:]