[:az]Fevralın 22-də Nizami Rayon İcra Hakimiyyətində illik hesabat toplantısı keçirildi. Toplantıda millət vəkilləri, hökumət rəsmiləri, rayonda yerləşən təsisatların rəhbərləri, o cümlədən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak edirdilər. H. İsaxanlı çıxışı zamanı illik hesabatı iştirakçılara təqdim etdi və Xəzər Universitetinin keçən ilki uğurları haqqında məlumat verdi. O, həmçinin, çıxışında Xəzər Universiteti və Nizami rayonunun təhsil ocaqları, eləcə də Nizami Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq məsələlərinə də toxundu.[:]