Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “The resolvent of impulsive dynamic singular Sturm-Liouville operators” (“Impulsiv dinamik sinqulyar Şturm-Liuvill operatorlarının rezolventi”) adlı birgə məqaləsi “Afrika Matematika” jurnalında (2024, Cild 35, № 62) dərc edilmişdur. Qeyd edək ki, “Afrika Matematika” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indekslənib.
Məqalədə impulsiv dinamik sinqulyar Şturm-Liuvill məsələsinin rezolvent operatoru tədqiq edilir. Bu məsələnin spektral funksiyası qurulur. Spektral funksiyadan istifadə etməklə rezolvent operatorun inteqral təsvir düsturu əldə edilir.
(In this study, the resolvent operator of the impulsive dynamic singular Sturm-Liouville problem is considered. The spectral function was first established.The integral representation of the resolvent operator is obtained using this function).
https://link.springer.com/article/10.1007/s13370-024-01205-5
https://link.springer.com/journal/13370