2024-cü il yanvarın 31-də Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annan`ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Xəzər Universitetində görüş keçirilib.
Görüşdə Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annan, Danimarka Konsulluğunun fəxri konsulu Arnoud Govaert, Danimarka Xarici İşlər Nazirliyinin baş konsulu Thierry Hoppe, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva iştirak etmişlər.
Görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan və Danimarka Krallığı arasında münasibətlərin əhəmiyyəti haqqında, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Danimarka Krallığının təhsil müəssisələri ilə tərəfdaşlıq istiqaməti üzrə fikirlər səsləndirilib. Görüşdə Xəzər Universitetinin təhsil sistemi, tələbələrə təklif etdiyi proqramlar, təqaüdlər haqqında da məlumat verilib.