2023-ci il oktyabrın 12-də Xəzər Universitetində Çin İctimai Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Siyasəti İnstitutu və Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun əməkdaşları ilə görüş keçirildi.
Görüşdə Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun baş eksperti Zhang Yuyan, baş elmi işçisi Pang Dapeng, Beynəlxalq siyasi nəzəriyyə – tədqiqat şöbəsinin müdiri, baş elmi işçi Xu Xuijun, institutun beynəlxalq iqtisadi dərgisinin baş redaktorunun müavini, baş elmi işçi Cui Xiaomin, Diplomatiya tədqiqatları şöbəsinin əməkdaşı Zhang Yuxin və Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun baş elmi işçisi Wang Chenxing, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlilova, Tədris işləri üzrə prorektor Prof. Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor Dos. İsaxan İsaxanlı, Ictimai əlaqələr və media üsrə direktor Əlövsət Əmirbəyli, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı Dr. İnqilab Əhmədov, fakültənin müəllimləri Elşən Əhmədov, Kəmalə Babayeva, Nigar İsmayilova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva və koordinatoru Arzu Bədəlova iştirak etmişdir.
Görüş zamanı Arzu Bədəlova və İnqilab Əhmədov tərəfindən Xəzər Universiteti və cari layihələri barədə təqdimat nümayiş etdirilmişdir. Görüşün müzakirə mövzusu qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi olmuşdur.
Görüşün sonunda tərəflər hədiyyə təqdim etmişlər.