Riyaziyyat departamentinin professorlarının birgə məqaləsi “FILOMAT” jurnalında
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının birinci müəllifi olduğu və eyni departamentin professoru Biləndər Allahverdiyevin həmmüəlifi olduğu “Self-adjoint and non-self-adjoint extensions of symmetric q-Sturm-Liouville operators” (“Simmetrik q-Sturm-Liouville operatorlarının öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan genişlənmələri”) adlı məqalə “Filomat” jurnalında (2023, Cild 37, № 24) dərc edilmişdur. Qeyd edək ki, “Filomat” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.
Bu məqalədə müəlliflər requlyar və sinqulyar (limit-nöqtə və limit-dairə hallarında) minimal simmetrik q-Şturm-Luivill operatorları üçün sərhəd qiymətlər fəzasını qururlar. Bu simmetrik q-Şturm-Luivill operatorlarının bütün maksimal dissipativ, maksimal akkumulyativ, öz-özünə qoşma olan və başqa genişlənmələri sərhəd şərtləri vasitəsilə tapılmışdır.
(A space of boundary values is constructed for minimal symmetric regular and singular q-Sturm-Liouville operators in limit-point and limit-circle cases. A description of all maximal dissipative, maximal accumulative, self-adjoint, and other extensions of such symmetric q-Sturm-Liouville operators is given in terms of boundary conditions).
Məqaləyə keçid: https://www.pmf.ni.ac.rs/filomat-content/2023/37-24/37-24-2-20801.pdf