2023-cü il iyunun 14-də Xəzər Universitetinin Mərkəz kampusunda ənənəvi “Elm və Sənət Məclisi”nin 80-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlı açaraq, Türkiyədən dəvət olunmuş İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının professoru Mehmet Ölmez və onun elmi fəaliyyəti haqqında məlumat verdi. Sonra prof. Mehmet Ölmez “Türk-Mongol dil əlaqələri” mövzusunda geniş məruzə ilə çıxış etdi.

Professor Mehmet Ölmez bu mövzu ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində apardığı elmi tədqiqat işləri haqqında danışdı. Sonra məruzə ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Solmaz Tohidi ( AMEA-nın Şərqşünaslıq İnstitutu), Zivər Hüseynl-Baylan, Aynur Qəzənfərqızı, Orxan Zamanov, Elza Səmədova (Xəzər Universiteti), Nigar Gözəlova (AMEA-nın Tarix İnstitutu), Zəminə Rüstəmbəyli (Avrasiya Universiteti) və digərləri çıxış etdilər.

khazar.org