Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmrinə əsasən Xəzər Universitetində Dissertasiya şurası yaradıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 aprel 2023-cü il tarixli 3-50/3-1-1-195/2023 nömrəli əmrinə əsasən Xəzər Universiteti nəzdində 5802.01 – “Təhsilin təşkili və planlaşdırılması” və 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasları üzrə pedaqogika elm sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi FD 2.49 olan Dissertasiya şurası yaradılmışdır.
5802.01 – “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə
5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasları üzrə
Dissertasiya şurasının fəaliyyətində uğurlar diləyirik!