Xəzər Universitetinin prorektoru, filologiya elmləri doktoru İsaxan İsaxanlının “Hamlet İsaxanlının şeir dünyasına lirik-epik səyahət” adlı kitabı Xəzər Universiteti Nəşriyyatında çapdan çıxmışdır.

Hamlet İsaxanlının çeir kitabları iyirmi ildən çox bir müddət ərzində Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, İran, Çin və digər ölkələrdə çap olunub, yaradıçılığı haqqında məqalələr yazılsa da, kitabın məqsədini müəllif özü belə açıqlayır: “Bəlkə başqalarına açıq görünməyən bəzi məqamları aça bildim” arzusu məni də vadar etdi Hamlet İsaxanlı poeziyası haqqında söz deməyə.” Müəllifin Hamlet İsaxanlını qardaş kimi yaxşı tanıması, həyatı boyu onun ətrafınnda olması, onun dünyaya, həyata, insanlara, insanlığa münasibətinin canlı şahidi olması bu arzuya haqq qazandırır.

Elə kitabın mündəricəsinə nəzər salmaqla müəllifin bu məqsədə doğru getdiyi “pillə”lər aydın duyulur: “Kimdir Hamlet İsaxanlı?”, “Məchul bir yürüşə çıxıbdı şeirim”, “Haqqı tapdayarmı haqq sevən insan?”, “Dünyanı eşq yaşadar!”, “İncə təbiətli zərif hisslər şairi”, “Xatirələrdən hörülmüş şair”, “Düşündürən poeziya” və “Xəlqilikdən gələn poetik zənginlik”.

Məhz bu “pillə”lər vasitəsilə müəllif Hamlet İsaxanlının dolğun şair obrazını yaratmağa nail olmuşdur.

khazar.org