2023-cü il fevralın 20-də Meksika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüş keçirilmişdir.

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru İradə Xəlilova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Fatimə Vəliyeva iştirak etmişlər.

Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında münasibətlərin əhəmiyyəti haqqında, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Meksika təhsil müəssisələri ilə tərəfdaşlıq istiqamətində fikir mübadiləsi aparılmışdır. Qonağa Xəzər Universitetinin təhsil sistemi, əcnəbi tələbələrə təklif etdiyi təqaüdlər, Nailəxanım fondunun təsis etdiyi Nailəxanım təqaüdü haqqında məlumat verilmişdir

Görüşün sonunda səfirə hədiyyə təqdim olunmuşdur.

khazar.org