2023-cü il fevralın 6-da Türkiyenin Kahramanmaraş-Pazarcıkda baş vermis dəhşətli zəlzələ ilə əlaqədar olaraq həmin gün rektorluqda keçirilən toplantıda qardaş ölkəyə hər cür maddi və mənəvi dəstək göstərilməsi və bununla əlaqədar olaraq universitetdə yardım kampaniyasının həyata keçirilməsi üçün müvafiq təşkilati işlər görüldü və yardım kampaniyasına başlanıldı..

Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlının adından Türkiyənin Azərbaycandakı səfirliyinə başsağlığı məktubu təqdim edildi.

Xəzər Universiteti adından Türkiyəyə 20 min manat həcmində maliyyə yardımı göstərildi.

Üniversitet əməkdaşları və tələbələri arasında keçirilən “Səninləyəm Türkiye” yardım kampaniyasında toplanan yardımlar fevralın 13-də Türkiyəyə göndərilmək üçün Mərkəzi Yardım Toplama Məntəqəsinə təhvil verildi.

Universitet əməkdaşları və tələbələri tərəfindən nağd şəkildə pul toplama kompaniyasına başlanıldı və bu iş hələ də davam edir. Toplanan pul vəsaiti bu həftə sonu Ziraat Bankın hesabına yatırılacaq.

Fevralın 9-10-da Tələbə Məclisinin üzvləri (12-13 nəfər) Bakıda fəaliyyət göstərən ATİB-in (Azərbaycan-Türkiyə İş Adamları Birliyi) Yardım Kampaniyasında əşyaların qablaşdırılmasında fəal iştirak ediblər.

Fevralın 11-12-də (şənbə və bazar günləri) universitetin əməkdaçları yardım kampaniyasının təşkilatçılıq işində, fevralın 13-də Karyera Mərkəzinin təşkilatçılığı və Tələbə Məclisinin dəstəyi ilə ilə tələbələrdən ibarət könüllülər komandası Heydər Əliyev İdman Kompleksində – Mərkəzi Yardım Toplama Məntəqəsində qablaşdırma işində yaxından iştirak ediblər.

“Səninləyəm Türkiyə” yardım kampaniyası davam edir.

Xəzər Universitetində “Səninləyəm Türkiyə” yardım kampaniyası

2023-cü il fevralın 6-da Türkiyenin Kahramanmaraş-Pazarcıkda baş vermis dəhşətli zəlzələ ilə əlaqədar olaraq həmin gün rektorluqda keçirilən toplantıda qardaş ölkəyə hər cür maddi və mənəvi dəstək göstərilməsi və bununla əlaqədar olaraq universitetdə yardım kampaniyasının həyata keçirilməsi üçün müvafiq təşkilati işlər görüldü və yardım kampaniyasına başlanıldı..

Üniversitənin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlının adından Türkiyənin Azərbaycandakı səfirliyinə başsağlığı məktubu təqdim edildi.

Xəzər Universiteti adından Türkiyəyə 20 min manat həcmində maliyyə yardımı göstərildi.

Universitet əməkdaşları və tələbələri arasında keçirilən “Səninləyəm Türkiye” yardım kampaniyasında toplanan yardımlar fevralın 13-də Türkiyəyə göndərilmək üçün Mərkəzi Yardım Toplama Məntəqəsinə təhvil verildi.

khazar.org