2023-cü il fevralın 9-da Xəzər Universiteti “Elm və Sənət Məclisi”nin 76-cı məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlı açaraq, “Kitabi Dədəm Qorqud” və onun “Türkmən-Səhra” nüsxəsi haqqında geniş məlumat verdi. O, sözü məruzəçi – Xəzər Universiteti Tarix və arxelologiya departamentinin müəllimi, tarix üzrə fəsəfə doktoru Bayram Quliyevə verərək, məşğələnin çox mübahisələrə səbəb olacağını bildirdi.

Bayram Quliyev “Kitabi Dədəm Qorqud” və “Türkmən – Səhra” nüsxəsi” mövzusunda elmi əsaslarla geniş məruzə ilə çıxış etdi. Məruzədən sonra gərgin müzakirələrə başlandı.

Müzakirələrdə Hamlet İsaxanlı, professorlar – Qəzənfər Paşayev (AMEA-nın Ədəbiyyat İnstitutu), Şahin Fazil (AMEA-nın Tarix İnstitutu), Cəlil Nağıyev (Bakı Dövlət Universiteti), dosentlər – Elnarə Əliyeva, Qətibə Quliyeva ( AMEA-nın Dilçilik İnstitutu), Boran Əziz ( Bakı Dövlət Universiteti), Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov və digərləri çıxış edib, fikirlərini bildirdilər. Sonda Hamlet İsaxanlı maraqlı müzakirələr üçün toplaşanlara dərin təşəkkürünü bildirdi.

khazar.org