2022-ci il dekabrın 26-da Xəzər Universiteti Hissa Şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş şənlik tərdbiri keçirdi. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi. Yola salınan ildə olduğu kimi, gələn ildə də kollektivə səy və fədakarlıqla çalışaraq, “Xəzər”in nüfuz və şöhrətini daha da artırmağı arzuladı.

Tədbirin gedişində universitetin rektoru İradə Xəlilova, prorektor İsaxan İsaxanlı, universitetin professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, Hüquq departamentinin müdiri Cabir Xəlilov və Riyaziyyat departamentinin müəllimi İbrahim Nəbiyev çıxış edərək, kollektivə səmimi təbriklərini və xoş arzularını çatdırdılar.

Universitetin vokal müəllimi, müğənni Məhsəti Cabbarovanin ifasında mahnılar səsləndi, protektor assistenti Səbinə Ələkbərlinin rəhbərliyi ilə rəqs qrupu milli rəqsləri nümayiş etdirdi.

Bütün axşamı davam edən tədbir iştirakçıların xoş əhval-ruhiyyəsi ilə başa çatdı.

khazar.org