2022-ci il iyunun 3-də Bartın Universiteti və Artvin Çoruh Universitetinin heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Xəzər Universitetindən universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, rektor dosent İradə Xəlilova, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernygora, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin koordinatorları Arzu Bədəlova və Fatimə Vəliyeva, Bartın Universitetindən rektor Prof. Dr. Orhan Uzun, prorektor Prof. Dr. Sedat Yazıcı, Təhsil fakültəsinin dekanı Prof. Dr. Fatma Unal, Təhsil fakültəsinin dekan müavini Prof. Dr Burçin Gokkurt Özdemir, Fiziki məhdudiyyətli tələbələrlə iş üzrə ofisin koordinatoru Nihal Özdemir, Erasmus koordinatoru Ahmet Yirmibeş, Artvin Çoruh Universitetindən isə rektor Prof. Dr. Mustafa Sıtkı Bilgin, rektor assistenti Prof. Dr. Mehmet Ersoy və Baş katib Dr. Muhammed Ardıç iştirak etmişdir.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair müqavilə imzalanmış və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Əməkdaşlığa dair sənəddə universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədbirlərin keçirilməsi, birgə elmi nəşrlərin təsis edilməsi, işçi heyəti və tələbələrin mübadiləsi və bir sıra vacib məsələlər nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Bartın Universiteti 2008-ci ildə yaradılan dövlət, Artvin Çoruh Universiteti isə 2007-ci ildə yaradılmış özəl universitetdir.
İmzalanma mərasiminin sonunda hər iki tərəf bir-birinə hədiyyə təqdim etdi.