2022-ci il yanvarın 6-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı azedu.az xəbər portalının “son zamanlar valideynlərin övladları üçün məktəb seçimində yaşadığı əraziyə uyğunluğu deyil, daha çox keyfiyyəti əsas götürərək, uzaq təhsil müəssisələrini seçdiyi müşahidə edilir” sorğusuna (müəllif Şükufə Süleymanlı) münasibətini bildirərək, qısa müsahibə vermişdir:
“Valideynlərin övladlarını yaşadığı ərazidən kənardakı təhsil müəssisələrinə aparmasının əsas səbəblərindən biri də dövlət məktəblərində təhsilin zəif inkişaf etməsi ilə bağlıdır. Belə ki, bu səbəbdən də özəl məktəblər fəaliyyətə başlayır. Onların verdiyi təhsil dövlət məktəblərinə nisbətən daha keyfiyyətli olur. Əvvəlki dövrlərdə valideynlərin çoxu övladını yaşadığı ərazinin yaxınlığındakı məktəbə aparırdı, lakin zaman keçdikcə məktəblərarası rəqabət və təhsilin keyfiyyəti məsələsi ön plana keçdi. Buna görə də, valideynlərin bir qismi özəl və keyfiyyətli təhsil verən məktəbləri seçir. Ona görə də, bütün təhsil müəssisələrində təhsilin keyfiyyəti eyni şəkildə artırılmalı və heç bir təhsil müəssisəsi digərindən geri qalmamalıdır. Lakin özəl sektorun sahib olduğu maddi-texniki baza daha əlverişli və keyfiyyətlidir”.
https://azedu.az/az/news/51584-hazirda-dovlet-mekteblerinin-bezilerinde-tehsil-zeif-inkisaf-edir-hamlet-isaxanli