İranın Amin Polis Elmləri Universitetinin (Tehran) İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Seyedə Zəhra Nozən, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bahman Amani`nin “From Hamlet to Holmes: literary detective tradition” (“Hamletdən Holmesə: ədəbi dedektif ənənələri”) adlı birgə məqaləsi Linguistics and Culture Review (LingCuRe) jurnalında dərc olunmuşdur (cild 5, sayı S1, 2021).
Məqalədə müəlliflər Vilyam Şekspir, Artur Konan Doyl, Edqar Allan Po və Aqata Kristin`in yaradıcılığı əsasında dedektiv janrının yaranması və təşəkkülü ilə əlaqədar mülahizələrini qələmə almışlar.
Məqaləni aşağıdakı link vasitəsiə oxumaq olar:
http://dspace.khazar.org/handle/20.500.12323/5154