2021-ci il iyulun 30-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Rəşad Nəbiyev`lə görüşdü.
Görüşdə Xəzər Universitetinin elmi-tədqiqat istiqamətində uğurları, laboratoriya və texnopark fəaliyyəti, eləcə də nazirliyin maraq dairəsində olan tədqiqat və tədris xarakterli məsələlər geniş müzakirə olundu. Nazir Xəzər Universitetində doktoranturanın və texnopark-laboratoriya işinin inkişafına kömək etmək imkanı barədə danışdı. Digər yandan, Xəzər Universitetinin start-up`lara təlim keçməsi, nazirlik əməkdaşlarına Data Science üzrə təlim verməsi məsələləri üzrə də fikir mübadiləsi oldu.
Görüşdə nazirin müşaviri Fərid Əhmədov və nazirliyin aparat rəhbəri (Xəzər Universitetinin məzunu) Samir Məmmədov da iştirak etdilər.
Bu görüşdə müzakirə olunan məsələlərin həlli yolunda səy göstərmək məqsədilə Xəzər Universiteti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin uyğun mütəxəssis və məsul şəxslərinin yaxın zamanda görüşmələri barədə fikir irəli sürüldü.