Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarların yeni musiqili səhnə əsərlərinin dinlənilməsi keçirilmişdir. Dinlənilən əsərlər arasında bəstəkar, əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin “Tac-Mahal” baleti də olmuşdur. Libretto müəllifi professor Hamlet İsaxanlı olan baletin musiqisi yüksək keyfiyyətli audioyazılış formatında təqdim olunmuş və böyük maraqla qarşılanmışdır.
2021-ci il mayın 2-də day.az saytı bu barədə xəbər yayımlamışdır:
https://news.day.az/culture/1339153.html