2021-ci il fevralın 13-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ARB 24 telekanalında canlı bağlantıda pandemiya dövrü təhsilin xüsusiyyətləri barədə danışdı. Məsafədən təhsildə internet, sinxronluq, dərslərə davamiyyət, seçmə dərslər, yeni qəbul olunmuş tələbələr, məzunluğa gedən tələbələr və imtahan kimi məsələlərin yaratdığı problemlərdən söhbət açdı.

O, üz-üzə təhsilin addım-addım bərpa olunmasının zəruriliyini vurğuladı.

khazar.org