2020-ci il Berlində Peter Lang GmbH nəşriyyatında Nizami Gəncəvi haqqında müxtəlif müəlliflərin məqalələrindən ibarət kitab çap olunmuşdur. Kitab “The Interpretation of Nizami’s Cultural Heritage in the Contemporary Period” (“Müasir dövrdə Nizami mədəni irsinin interpretasiyası”) adlanır, redaktorları Rahilə Qeybullayeva və Christine Ruymbeke`dir. Kitab 2018-ci ildə Bakıda keçirilmiş “Nizami müasir interpretasiyada” adlı konfransın nəticəsi olaraq çap edilmişdir. Kitabın çapını Nizami Gəncəvi Beynəlxalq Mərkəzi maliyyələşdirmişdir.
Müəlliflər arasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı öz “Nizami on Alchemy” (“Nizami əlkimya haqqında”; s. 215-233) məqaləsi ilə yer alır.