2020-ci il oktyabrın 12-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Xəzər Televiziyasının “Atəş xətti” proqramının qonağı olmuşdur. Bir saat müddətində davam edən canlı veriliş zamanı Hamlet İsaxanlı savaş siyasəti, savaş psixologiyası barədə görüşlərini açıqlamış, savaşın doğurduğu insani faciələrdən söhbət açmışdır.
O, 1941-1945-ci illlərdə baş verən Böyük Vətən müharibəsi və hal-hazırda davam edən Azərbaycan-Ermənistan savaşı ilə bağlı canlı müzakirənin iştirakçısı olmuşdur. Bu müzakirəni aşağıdakı linkə keçid etməklə ətraflı dinləmək olar: