2020-ci il yanvarın 16-da Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafsın təşəbbüsü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə qeyri-rəsmi görüş təşkil edildi.

Görüşün əsas məqsədi Təbiət elmləri və mühəndislik fakültəsinin bütün əyani fakültələri arasında keçən tədris ilinin ən yaxşı nəticə göstərən əməkdaşlarına təşəkkür elan edilməsi idi. Professor Hamlet İsaxanlı ilə bu görüşün iştirakçıları: Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs; Fizika və elektronika departamentinin müdiri Dr. Nuru Səfərov; Riyaziyyat departamentinin müəllimi və tədqiqatçı Lalə Cəfərova; Kimya və kimya mühəndisliyi departamentinin koordinatoru, həmçinin, Nanotexnologiya laboratoriyasının direktoru Dr. Rasoul Moradi; və Biologiya elmləri departamentinin tədqiqatçısı və müəllimi Cavid Ocaqi idilər.

Seçilən dörd alimin hər birinin müstəsna göstəriciləri və keyfiyyətli tədris, keyfiyyətli tədqiqat işləri və nəşrlər, verilən tapşırıqlara səylə yanaşma, komanda ilə işləmək bacarığı, kömək etməyə daim hazır olmaları, həftəlik cədvələ sadiq qalma və mehriban xarakterə əsaslanan töhfələri təsdiq edilmiş və yüksək qiymətləndirilmişdir.

Professor Hamlet İsaxanlı qeyd etdi ki, Xəzər Universitetində olan üç fakültə arasında Təbiət elmləri və mühəndislik fakültəsi müxtəlif departamentlərdə keyfiyyətli tədqiqat və birgə tədqiqat proqramlarının köməyi ilə nəşrlərin sayını artırmaq üçün ən böyük potensiala malikdir. Bununla yanaşı, H.İsaxanlı Türkiyə, Rusiya və İran kimi ölkələrin, o cümlədən, Qərbi və Şərqi Asiya ölkələrinin universitetləri ilə qarşılıqlı tədqiqat əməkdaşlığını da xüsusi vurğuladı.

Təxminən bir saat davam edən müsbət və məhsuldar müzakirədən sonra Professor İsaxanlı bütün şöbələrin yalnız tələbə hazırlığı üçün deyil, həm də tədqiqat üçün laboratoriyalarının daha da inkişafı zərurətini vurğuladı.

khazar.org