2019-cu il sentyabrın 13-də Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi universitetə yeni qəbul olunmuş əcnəbi tələbələr üçün Oriyentasiya Günü keçirdi. Sessiya zamanı yeni gələn tələbələr qayda və prosedurlar barədə məlumat, habelə, Azərbaycanda yaşamaq üçün faydalı tövsiyələr əldə etdilər.
Sessiya tələbələrin bir-birlərini tanımasına imkan yaradan əyləncəli oyunla açıldı.
Daha sonra Xəzər Universitetin rektoru dosent İradə Xəlilova tələbələri salamladı və onlara universitet həyatında uğurlar arzuladı.
Həmçinin, gün ərzində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da tədbiri ziyarət etdi.
Sessiyanın sonunda əcnəbi tələbələrin Azərbaycan haqqında biliklərini dəyərləndirmək və onların Azərbaycanın tarixi və mədəniyyəti haqqında bildiklərini genişləndirmək üçün yarış keçirildi. Sonda tədbirdə iştirak edən tələbələrə Xəzər Universiteti adından hədiyyələr çatdırıldı.
Oriyentasiya Günü şəhər turu ilə sonlandı. Tur zamanı Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşları yeni əcnəbi tələbələri şəhərin görməli yerləri ilə tanış etdilər.