2019-cu il iyulun 15-də Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində Xəzər Universitetində tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirildi. Müşavirədə Xəzər Universiteti və “Dünya” məktəbinin rəhbərliyi, universitetin əməkdaşları iştirak edirdilər.

Müşavirəni Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasınnı sədri professor Hamlet İsaxanlı açaraq, tədris ilinin yekunlarına nəzər salmaqla yanaşı, daha çox qarşıda duran vəzifələrdən danışdı. Xarici olkələrdən tələbələrin cəlb olunması işinin fəallaşdırılmasının, orta məktəb şagirdləri ilə universitetin əlaqələrinin möhkəmləndirilməsinin, Məzunlar Assosiasiyasının, Xəzər Universitetinin Dostları Fondunun təşkilinin başa çatdırılmasının zəruriliyini vuğuladı, mühüm yeniliklərdən biri kimi rəhbər işçilərin müddətli müqavilələrə keçiriməsini qeyd etdi.

Universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev nailiyyətlərlə yanaşı, çatışmazlıqlardan söz açdı və onların aradan qaldırılması üşün konkret təkliflərini söylədi.

Universitetin rektoru dosent İradə Xəlilova müşavirənin işini yekunlaşdıraraq, gələcək planların gerçəkləşdiriləcəyi yollardan bəhs etdi.

Müşavirədə qarşıda duran vəzivələrin layiqincə həyata keçirilməsi üçün müəyyən qərarların qəbul edilməsi tövsiyə olundu.

khazar.org