2019-cu il iyunun 28-də Xəzər Universitetində dizayn ixtisası üzrə təhsil alan tələbələrin yekun imtahanı oldu. Tələbələrin müxtəlif səpkili əl işlərindən ibarət sərgiyə baxışda universitetin rəhbərliyi və əməkdaşları, valideynlər iştirak edirdilər.

Xəzər Universitetinin müəllimi rəssam Afaq Kərimova tələbələr və onların əl işləri haqqında məlumat verdikdən sonra sərgiyə baxış başlandı. Tələbələr yaradıçılıq işləri barədə məlumat verib, sualları cavablandırdılar. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı hər bir tələbənin əl işləri ilə tanış olaraq, tövsiyələrini bildirdi.

Sərgiyə baxışdan sonra tələbələrin yaradıcılıq işləri qiymətləndirildi.

khazar.org