2019-cu il fevralın 2-də Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının sədrliyi ilə cari məsələlərə aid müşavirə keçirilmişdir. Müşavirədə universitetin rəhbərliyi, akademik heyət iştirak etmişdir.
Professor Hamlet İsaxanlı geniş çıxışında universitetdə həyata keçirilməkdə olan struktur islahatları haqqında geniş məlumat vermiş, onların mahiyyətini izah etmişdir.
Müşavirədə, həmçinin, Dr. Hassan Niknafsın Xəzər Universitetinin rektoru vəzifəsindən azad edilərək, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı kimi işini davam etdirəcəyi və Elmi işlər üzrə prorektor İradə Xəlilovanın universitetin rektoru təyin edilməsi haqqında məlumat verilmişdir.
Professor Hamlet İsaxanlı universitetin rektoru vəzifəsində səmərəli işinə görə Dr. Hassan Niknafsa təşəkkürnamə təqdim etmişdir.