2019-cu il yanvarın 25-də Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasında universitetin akademik və idarəetmə strukturlarının təkmilləşdirilməsi ilə bağlı görüş keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının iştirak etdiyi görüşdə rektor, prorektorlar, dekanlar, departament rəhbərləri, həmçinin, Keyfiyyətin Təminatı Mərkəzinin və İnkişaf Mərkəzinin rəhbərləri də iştirak edirdilər. Görüş zamanı universitet strukturlarının fəaliyyətlərinin təkmilləşdirilməsi üçün mövcud fakültələrin yenidən qurulması, adlarının dəyişdirilməsi və ya birləşdirilməsi, yeni departamentlərin yaradılması və bir-birinə əlaqəli departamentlərin birləşdirilməsi, həmçinin, universitetin tərkibində olan institut və mərkəzlərin adlarının dəyişdirilməsi, fəaliyyət istiqamətlərinin yenilənməsi və optimallaşdırılması, universitetə məxsus veb səhifələrin inkişaf etdirilməsi kimi məsələlər yenidən müzakirə olundu və fikir mübadiləsi aparıldı.
Görüş çərçivəsində müzakirə olunmuş məsələlərlə bağlı uyğun qərarların qəbul edilməsi gözlənilir.