[:az]2018-ci il noyabrın 1-də Meksikanın ən əhəmiyyətli bayramlarından biri olan “Ölülər günü” bayramı Xəzər Universitetində qeyd olundu. “Ölülər günü” vəfat etmiş dost və ailələri anmaq üçün təşkil olunan Meksikanın milli bayramlarından biridir. Bayramla əlaqədar olaraq, Meksikanın Azərbaycandakı səfirliyi Xəzər Universiteti ilə birgə bayram elementi kimi parlaq rəngli ənənəvi folklor kostyumları, skelet başları, kalaka (qadın paltarı geyinən skelet), bayram oyuncaqlarının nümayiş olunduğu stend hazırlamışdı.
Tədbirin birinci hissəsində Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Meksikanın Azərbaycandakı səfiri cənab Rodrigo Labardini ilə görüşdü və Xəzər Universitetinin əməkdaşları və tələbələri adından bu bayram münasibətilə səfiri və Meksika xalqını təbrik etdi, sağlamlıq, sülh və firavanlıq arzuladı.
Görüşdən sonra stend qarşısında çıxışına başlayan cənab Rodrigo Labardini qeyd etdi ki, bu bayram “Ölülərin xanımı” kimi tanınan Mictecacihuatl ilahəsinə tez-tez festivallar keçirən azteklərin yerli mədəniyyətinə aiddir. Daha sonra “Ölülər günü” ilə bağlı animasiyalı film Xəzər Universitetinin tələbələri üçün nümayiş etdirildi və filmdən sonra səfir filmin səhnələrini tələbələrlə müzakirə etdi, eyni zamanda, auditoriyanın suallarını cavablandırdı.
http://www.khazar.org/az/news/article/3592
[:en]On November 1, 2018, one of Mexico’s most important celebrations, “Dia de los Muertos” (Day of the Dead), was celebrated at Khazar University. The Day of the Dead is a Mexican national holiday that commemorates the death of deceased friends and family. On this occasion, the Embassy of the United Mexican States in Azerbaijan together with Khazar University prepared the special altar exhibiting the brightly colored traditional folk costumes, skulls, calaca (a skeleton wearing women’s clothing), and fiesta toys.
At the first part of the event, Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, met with H.E. Mr. Rodrigo Labardini, the Ambassador of Mexico to Azerbaijan; he congratulated the ambassador and Mexican people on behalf of the staff and students of Khazar University, and wished robust health, peace and prosperity.
Following the meeting, H.E. Mr. Rodrigo Labardini, the Mexican Ambassador to Azerbaijan delivered an introductory speech and noted that the holiday dates back to the pre-Hispanic culture of the Aztecs who often held festivals dedicated to the goddess Mictecacihuatl, known as the Lady of the Dead. After the introductory speech, the animated movie on the Day of the Dead was demonstrated to the students of Khazar University and the ambassador discussed the scenes of the movie, answered the questions of audience.