[:az]2018-ci il oktyabrın 4-də Xəzər Universiteti “Dünya” məktəbində 5 Oktyabr –Beynəlxalq müəllimlər gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış etdi, müəllim peşəsindən danışdı, müəllimləri təbrik etdi.

Tədbirdə, həmçinin, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, İcra Hakimiyyətinin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə Xəzər Universitetinin Kamera orkestrinin ifasında klassik musiqi nömrələri səsləndirildi.

http://www.khazar.org/az/news/article/3486

[:en]On October 4, 2018, “5th October – International Teachers Day” was held at “Dunya” school of Khazar University. Professor Hamlet Isakhanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a speech at the event talking about being a teacher and congratulated the teachers.

Aygun Aliyeva, Deputy head of Binagadi region Executive Power, Mirza Jafarzadeh, Deputy chairman of Azerbaijan Education Workers Free Trade Union Committee, Ramiz Goyushov and Elman Dadashov, Heads of departments at the regional Executive Power, Almaz Hajiyeva, chairwoman of the Binagadi region committee of Azerbaijan Education Workers Free Trade Union, and representatives of educational institutions operating within the area of the region attended the event.

Classical music numbers were performed at the event by the Chamber Orchestra of Khazar University.

http://www.khazar.org/en/news/article/3486

[:]