[:az]2018-ci il sentyabrın 29-da Xəzər Universiteti İnkişaf Mərkəzinin təşkilatçılığı ilə universitetin Buzovnada yerləşən yenicə əsası qoyulmuş Konfrans və İstirahət Mərkəzində Xəzər Universitetinin bütün fakültələrinin, departamentlərinin, mərkəzlərinin, habelə, “Dünya” məktəbi nümayəndlərinin iştirak etdiyi “Korporativ inkişaf” seminarı baş tutdu. Bəzi departamentlərin tələbələri də birgə ərsəyə gəlmiş ideyalarını təqdim etmək üçün tədbirdə könüllü olaraq iştirak edirdilər. Seminar universitetin inkişafı, xüsusilə yay və qış məktəblərinin təşkili ilə bağlı müzakirələr aparmaq və yeni yaradıcı ideyalar ortaya qoymaq məqsədi daşıyırdı.

İnkişaf seminarı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlının vacib cari məsələlərə həsr olunmuş təqdimatı ilə başladı. O, öz təqdimatında universitetin üzləşdiyi problemlər və onu gözləyən perspektivlər haqqında danışdı və bu problemlərin həllini növbəti akademik il üçün strateji istiqamət olaraq təyin etdi. Çıxışdan sonra ideyalar ortaya qoymaq məqsədilə komandalar və departamentlər tərəfindən təqdim edilən 3 ardıcıl sessiya ilə vorkşop davam etdi.

Daha sonra Xəzər Universitetində açılması planlaşdırılan yay və qış məktəbləri haqqında canlı müzakirələr aparıldı. Bütün departamentlər mövzu ilə bağlı öz ideya və təkliflərini təqdim etdilər.

Yeni layihə və yeni maliyyələşmə imkanlarına həsr edilmiş ikinci sessiyanı Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru Dr. İradə Xəlilova apardı. O, iştirakçıları yeni qrant, təqaüd və araşdırma imkanları haqqında ətraflı məlumatlandırdı.

Tam günü əhatə edən seminar tələbələr və kollektivin əylənə, dincələ və müzakirə olunan mövzuları əks etdirə biləcəyi şəkildə təşkil edilmişdi. Buzovnada yerləşən Xəzər Konfrans və İstirahət Mərkəzi təbiətdən həzz alaraq, yaradıcı şəkildə işləmək üçün enerji ala biləcəyiniz ideal məkandır.

http://www.khazar.org/az/news/article/3460

[:en]On September 29, 2018, Khazar University Development Retreat was held at the newly established Khazar University Conference and Leisure Center in Buzovna district with the participation of representatives of all schools, centres of Khazar University as well as Dunya School. Students of some departments also attended as volunteer members to present their co-created ideas. The retreat targeted to discuss and generate new creative ideas for development of the university and, particularly, for organizing Summer and Winter Schools.

The Development Retreat started with the presentation by Professor Hamlet Isakhanli’s speech on Challenges and Opportunities of Khazar University. In his presentation, he spoke about the challenges and perspectives of the university and set those issues as strategic orientation for the next academic year. The speech was followed by a workshop to generate the new ideas and during the three consecutive sessions different ideas were presented by the teams and departments.

Later, lively discussions were carried out on Summer/Winter schools to be opened at Khazar University. All departments put forward their ideas and suggestions on the topic.

The second session dedicated to New Project Ideas and New Founding Opportunities was moderated by Dr. Irada Khalilova, Vice Rector for Research of Khazar University. In her presentation she thoroughly introduced new grant, fellowship and research opportunities for different departments of the University.

A full-day retreat was designed in a way that students and staff members could enjoy, relax and reflect on the discussed topics. Khazar Conference and Leisure Center in Buzovna is an ideal place to enjoy nature and get energy for creative job.

http://www.khazar.org/en/news/article/3460

[:]