[:az]2018-ci il sentaybrın 24-də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert salonunda SSRİ Xalq artisti, Dağıstan musiqisinin banilərindən biri, ictimai xadim, görkəmli bəstəkar Murad Kajlayev ilə yaradıcılıq görüşü keçirildi.

Tədbirdə Xəzər Universitetinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi, bəstəkarın sənət dostları, ölkənin musiqi ictimaiyyətinin nümayəndələri, universitetin əməkdaşları və tələbələri iştirak edirdilər.

Görüş Murad Kajlayevin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlandı. Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri açaraq, iştirakçıları və görkəmli bəstəkarı salamladı, onun yaradıcılığı haqqında geniş məlumat verdi.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi bəstəkar Sərdar Fərəcov, teatr rejissoru, əməkdar incəsənət xadimi Əli Usubov, Xalq artisti bəstəkar Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Telman Hacıyev, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə çıxış edərək, Azərbaycan musiqi mədəniyyətinin yetirməsi olan Murad Kajlayevin çoxşaxəli yaradıçılığından və vətəninin musiqisi, tarixi, zəngin folkloru ilə ayrılmaz surətdə bağlı olan əsərlərinin dünyanın bir çox ölkələrində ifa olunmasından danışdılar, bəstəkarın Bakı həyatından xatirələr söylədilər.

Bəstəkarın əsərlərindən ibarət geniş konsert proqramında onun müxtəlif janrda əsərləri ifa olundu. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə keçən konsertdə “Xəzər” Universitetinin kamera orkestri (bədii rəhbər Zülfiyyə Sadıqova), solistlər – Əməkdar artist Səbinə Vahabzadə (vokalçı), Culiya Behbudova (vokalçı), İsrafil Rəsulov (truba ifaçısı), Səidə Tağızadə (pianoçu), Zülfiyyə Sadıqova və Azər Dəmirov (violin ifaçısı, ABŞ) maraqlı musiqi nömrələrini tədbir iştirakçılarına təqdim etdilər.

Konsertdən sonra Murad Kajlayev çıxış edərək, yaradıcılıq görüşünün təşkilinə görə Xəzər Universitetinin rəhbərliyinə, konsertin iştirakçılarına və tamaşaçılara təşəkkürünü bildirdi.

Sonda professor Hamlet İsaxanlı görgəmli bəstəkara, həmçinin dirijor Fəxrəddin Kərimova və konsertin digər iştirakçılarına hədiyyələr verdi. Murad Kajlayev Xəzər Universitetinə öz kitablarını hədiyyə etdi.

Tədbirdən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC başda olmaqla https://azertag.az/xeber/Gorkemli_bestekar_Murad_Kajlayevin_muellif_gecesi_kechirilib-1197756) ölkənin aparıcı saytları və mətbuat orqanları xəbər yaymışlar.

http://www.khazar.org/az/news/article/3450

[:en]Within Uzeyir Hajibeyli Music Week, a creative meeting with Murad Kajlayev, People’s Artist of the USSR and a prominent composer, was held at Conference and Concert Hall named after Fikrat Amirov at Khazar University on September 24, 2018.

Heads of administrations of Khazar University and the Azerbaijan Union of Composers as well as composer’s friends, musicians, staff and students of the University attended the event.

The event started with a documentary film about the life and career of Murad Kajlayev. Then Prof. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered an opening speech greeting the prominent composer and participants and gave wide information about the composer’s career.

Sardar Farajov, Composer, Honored Art Worker and Secretary of the Azerbaijan Union of Composers; Ali Usubov, Honored Art Worker; Tofig Bakikhanov, People’s Artist; Telman Hajiyev, Honored Art Worker; Rafig Seyidzadeh, Honored Art Worker, delivered speeches appreciating a rich creative career of Murad Kajlayev, a representative of music culture of Azerbaijan. Moreover, the speakers mentioned that the compositions by Murad Kajlayev which are closely attached to national music, history and rich folklore, have been performed in many foreign countries, and shared their memories of composer’s years spent in Baku.

In the concert program composed of the composer’s works, compositions of various genres were performed. Fakhraddin Karimov, People’s Artist, conducted the concerts program which was performed by Chamber Orchestra of Khazar University (Zulfiyya Sadigova, Art Director), – Sabina Vahabova (a vocalist), Honored Artist; Julia Behbudova (a vocalist); Israfil Rasulova (a trumpet player); Saida Taghizadeh (a pianist); Zulfiyya Sadigova and Azar Damirov (a violin player, USA).

After the concert, Murad Kajlayev delivered a speech and thanked the participants and Khazar University administration for the meeting.

At the end, Prof.Hamlet Isakhanli presented the composer as well as Fakhraddin Karimov and others with gifts. Murad Kajlayev presented his books to Khazar University. The event was covered by AZERTAC – Azerbaijan State News Agency https://azertag.az/xeber/Gorkemli_bestekar_Murad_Kajlayevin_muellif_gecesi_kechirilib-1197756) and other leading press agencies and news portals.

http://www.khazar.org/en/news/article/3450

 [:]