[:az]2018-ci il avqustun 13-18-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı onu müşayiət edən kinorejissor Vladimir Mun’la birlikdə Kanadaya səfər etdi.

Səfərin məqsədi Hamlet İsaxanlının 1985-87-ci illər Kanada səfərlərinin izi ilə getmək, uyğun universitet, şəxslər və yerləri bir daha görmək, həmçinin bəzi çəkilişlər etmək və yeni münasibətlər yaratmaq idi.

Hamlet İsaxanlı əvvəllər mühazirələr oxuduğu, elmi konfrans və seminarlarda çıxış etdiyi üç Kanada universiteti – Toronto, Calgary və Dalhousie universitetlərindən ikisində – Toronto və Calgary universitetlərində oldu. O,  Calgary universitetində oxuduğu mühazirələrdə iştirak edən, hazırda təqaüddə olan iki görkəmli riyaziyyatçı – 102 yaşlı professor Richard Gay və 90 yaşlı professor Peter Lancaster ilə görüşdü – birinci ilə üzbəüz, ikinci ilə qiyabi olaraq.

Hamlet İsaxanlı Calgary Universiteti Riyaziyyat və statistika departmentinin müdiri professor Tony Ware ilə görüşüb, iki universitet arasında, xüsusilə riyaziyyat və onun tətbiqləri üzrə yaxın əlaqələrin  yaradılması barədə razılıq əldə etdi.

Hamlet İsaxanlı yenə 1985-87-ci illərdə baş tutmuş səfərlərinin izi ilə məşhur Lake Louise gölünü, Kanadanın məşhur milli parkı Banff’ı və bəzi zirvələrinə çıxdığı Rocky Mountain dağlarını da ziyarət etdi.

http://www.khazar.org/az/news/article/3393

[:en]On August 13-18, 2018, Professor Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, travelled to Canada together with Vladimir Mun, a film director.

The purpose of the visit was to walk through the traces of Hamlet Isakhanli’s 1985-87 Canadian trips, to see the relevant universities, individuals and places, to make some filming and build new working relationships.

Hamlet Isakhanli had delivered lectures and speeches at conferences and seminars before at Toronto, Calgary and Dalhousie universities two of which, Toronto and Calgary universities, he recently visited. He met with two prominent mathematicians, Prof. Richard Gay, 102 years old and Prof. Peter Lancaster, 90 years old, who had attended his lectures delivered at Calgary University and currently are retired, face-to-face and through correspondence respectively.

Hamlet Isakhanli met with Professor Tony Ware, Head of the Department of Mathematics and Statistics at University of Calgary and they agreed to establish close relationships, especially on Mathematics and its applications, between the two universities.

Hamlet Isakhanli also visited, following the traces of the trips made in 1985-87, the famous Lake Louise, Banff National Park, Canada’s famous national park and the Rocky Mountains, some peaks of which he had climbed before.

http://www.khazar.org/en/news/article/3393

 [:]